"Real"ın müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının 1/4 fimalının "Atletiko" ilə ilk oyununda rəqibi Mario Mandzukiçi dirsəklə vurduğu epizod haqda danışıb.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu rəqibinə istəmədən zərbə endirdiyini bildirib:"Hər hansı qayda pozuntusu haqda danışmaq istəmirəm. Çünki bunun üçün hakim var. Ümumiyyətlə, həmin epizodda Mandzukiçin harada - yaxınımda və ya məndən uzaqda olduğunu bilmirdim. Onu istəmədən, təsadüfən vurdum".
Qeyd edək ki, "Atletiko" - "Real" oyununda qapılara qol vurulmayıb.