Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Qarabağ” təlim-məşq toplanışını başa başa vurub. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu bu gün vətənə qayıdacaq.
Qeyd edək ki, yanvarın 5-dən qardaş ölkədə hazırlıq keçən Qurban Qurbanovun komandası bu müddət ərzində 4 yoxlama oyunu keçirib. “Qarabağ” “Skenderbeu”ya (Albaniya) 1:0, “Styaua”ya (Rumıniya) 2:0, “Termalika”ya (Polşa) 3:2 hesabı ilə qalib gəlib, “Atırau”ya (Qazaxıstan) uduzub - 0:1.