“Fənərbaxça“ qərarını açıqladı

“Fənərbaxça“ qərarını açıqladı backend

"Fənərbaxça"nın avtobusuna silahlı basqından sonra komandanın Türkiyə superliqasındakı oyunlara çıxıb-çıxmayacağı müəyyənləşib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı İstanbul klubu iclas keçirib.

İclasda "Fənərbaxça"nın bundan sonrakı çempionat və kubok oyunlarında iştirakına qərar verilib. Yazılı qərarda 4 aprel tarixində baş verən silahlı basqının "Fənərbaxça"ya sui-qəsd olduğu vurğulanıb.

Qeyd edək ki, aprelin 4-də "Rizəspor"la matçdan sonra "Fənərbaxça"nın üzvlərini daşıyan avtobus silahlı hücuma məruz qalıb. Nəticədə sürücü yaralanıb, futbolçulardan isə xəsarət alan olmayıb. Baş verənlərdən sonra Türkiyə Futbol Federasiyası superliqa və ölkə kubokunun oyunlarını təxirə salıb.
Diaspora