Tanınmış futbolçu terrorçu elan olundu

Tanınmış futbolçu terrorçu elan olundu backend

Tanınmış sabiq futbolçu Mohammed Abutrika terrorçu elan olunub

Ölkə.Az xəbər verir ki, Misir millisinin keçmiş futbolçusu Mohammed Abutrikanın adı ölkədə qadağan olunmuş “Müsəlman qardaşları” İslam Hərəkatı ilə şübhəli bilinən terrorçular siyahısına daxil edilib və o, terrorçu elan olunub.

Bu səbəbdən də, futbolçunun ölkədən çıxışına qadağa qoyulub. Onun bank hesabı dondurulub.

38 yaşlı futbolçu “Müsəlman qardaşları” İslam Hərəkatına maliyyə dəstəyi verməkdə günahlandırılır. Futbolçu özü isə bu ittihamları təkzib edib.

Qeyd edək ki, 2012-ci ildə Misirdə prezident seçkiləri zamanı Mohammed Abutrika açıq şəkildə sabiq prezident Məhəmməd Mursini dəstəkləyirdi. Həmin dövrdə o, rəhbər seçilsə də, bir ildən sonra devrildi. Onun “Müsəlman qardaşları” İslam Hərəkatının üzvü olduğu və bu səbəbdən də, Mohammed Abutrikanın da həmin təşkilatla əlaqəli olduğu bildirilir.

Mohammed Abutrika 1978-ci ilin noyabr ayının 7-də doğulub. Boyu 181 sm, çəkisi 75 kiloqram olan idmançı artıq karyerasını başa vurub.
Diaspora