Tanınmış futbolçu bir şərhə görə 40 min £ cərimələndi

Tanınmış futbolçu bir şərhə görə 40 min £ cərimələndi backend

"Mançester Siti" klubunun futbolçusu Bakari Sanya İngiltərə Futbol Assosiasiyası (FA) tərəfindən 40 min funt sterlinq məbləğində cərimə olunub.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə FA xəbər yayıb.

B.Sanyanın cərimələnməsinə səbəb futbolçunun "Bernli" komandası üzərində qələbədən sonra "İnstaqram"da şərh yazması olub:

"10 nəfər 12 nəfərə qarşı. Amma komanda kimi mübarizə apardıq və qalib gəldik".

Federasiya bunu hakimlərin əleyhinə yazılan şərh kimi dəyərləndirilib.

Qeyd edək ki, yanvarın 2-də İngiltərə çempionatının 20-ci turunda "Mançester Siti" - "Bernli matçının (2:1) 31-ci dəqiqəsində hakim "şəhərlilər"in braziliyalı yarımmüdafiəçisi Fernandinyonu meydandan kənarlaşdırıb.
Diaspora