“Real” İsveçin AİK klubunun hücumçusu Aleksandr İsakı transfer edir.
Qaziler.az xəbər verir ki, İsveçdə “ikinci İbrahimoviç” adlandırılan futbolçu gələn həftə “Real”la müqavilə bağlayacaq.İsak yanvarın 18-də Madridə gedərək, müqavilə şərtlərini razılaşdıracaq.
Ancaq “kral klubu” futbolçunu yalnız yayda sifariş edə biləcək. FİFA-nın “Real”a tətbiq etdiyi transfer qadağasına görə “kral klubu” qışda futbolçu sifariş verə bilməz.
Qeyd edək ki, İsak İsveç yığmasında 2 oyun keçirib, 1 qol vurub. O, yığmada qol vuran ən gənc futbolçu kimi İsveç futbolunun tarixinə düşüb