“Barselona” klubunun prezidenti Hosep Mariya Bartomeu bildirib ki, “göy-qırmızılar”ın hücumçusu Lionel Messi ilə müqavilənin uzadılmasına dair danışıqlara şəxsən nəzarət edəcək.
“Report” xəbər verir ki, argentinalı futbolçu ilə hazırkı müqavilə 2018-ci ilin yayında başa çatlr.
“Klubda heç kim narahat deyil. Hamını əmin etmək istəyirəm ki, Messi və ailəsi ilə aparılan danışıqlarla şəxsən məşğul olacağam. Həyatda hər şeyin zamana ehtiyacı var. Biz istəyirik ki, Messi qalsın, bu qədər. Biz onun təmsilçiləri ilə ünsiyyət saxlayırıq. Hər şey sakit mühitdə ediləcək”, - deyə “Goal” nəşri Bartomeunun sözlərini sitat gətirib.