“Fənərbağça”nın kuboku oğurlandı

“Fənərbağça”nın kuboku oğurlandı backend

"Fənərbağça” klubunun muzeyində qorunan 2010-2011-ci il Türkiyə Super Liqasının çempionluq kuboku "Trabzonspor” azarkeşi tərəfindən oğurlanıb. Axar.az xəbər verir ki, trabzonlu Xalid Şahin kubokun qorunduğu şüşəni başı ilə qıraraq onu götürüb. Qaçmağa çalışan azarkeşi mühafizəçilər tutub, polisə təhvil veriblər.


Qeyd edək ki, Türkiyə Super Liqasının 2010-2011-ci il mövsümündə oyun alğı-satqılarının baş verməsi iddia olunur. "Trabzonspor” və "Fənərbağça” klubları həmin mövsümün sonunda eyni (82) xalı toplayıblar. Lakin şəxsi görüşlərə görə çempionluğu itirən "Trabzonspor” tərəfi "Fənər”in oyun alğı-satqısında iştirak etdiyini dəfələrlə deyərək, kubokun özlərinə verilməsini tələb edir.
Diaspora