“Barselona” “Real”dan üzr istədi

“Barselona” “Real”dan üzr istədi backend

Ötən axşam “Barselona” futbolçularının FIFA-nın mükafatlandırma mərasiminə qatılmaması üzrxahlıqla nəticələnib.

AZƏRTAC “Marca” qəzetinə istinadla xəbər verir ki, Kataloniya təmsilçisinin kapitanı Andres İnyesta madridli futbolçulardan bunun üçün üzr istəməli olub. O, şəxsən “Real”ın futbolçularına zəng edərək özü və kollektivi adından qala-gecəyə gəlmədikləri üçün üzr istəyib. İnyesta onları inandırmağa çalışıb ki, “Barsa” futbolçuları bilərəkdən deyil, sadəcə rəhbərliyin qərarından kənara çıxa bilmədikləri üçün mərasimə qatıla bilməyiblər.

FIFA Sürixdə keçirilən qala-mərasimə Lionel Messi, Luis Suares, Jerard Pike və İnyestanın özünü dəvət etmişdi. Onların arasında ancaq argentinalı Messi ilin ən yaxşı futbolçusu adına namizədlər arasında yer alıb. Digərləri FIFA versiyası üzrə rəmzi yığmaya daxil edilib. “Barselona” klub kimi həmin tədbirdə sadəcə rəhbərlik səviyyəsində təmsil olunub.
Diaspora