1994-cü ilin yanvarı. Moskva. “Qarabağ” Azərbaycan çempionu kimi o zamanlar keçmiş SSRİ ölkələrinin komandaları arasında keçirilən “Birlik kuboku” yarışına qatılıb.
Ağdam klubu qrupda ilk oyunda “Sitora” (Tacikistan) (4:0), ikinci matçda “Romar” (Litva) (2:1) qalib gəlir,üçüncü görüşdə isə Tiflis “Dinamo”suna uduzur (0:3). Yarışın əsasnaməsinə görə, növbəti mərhələyə - yarımfinala ancaq qrup qalibləri çıxdığı üçün Ağdam klubu mübarizəni dayandırmalı olur.“Qarabağ”ın bəzi futbolçuları və rəhbərliyində təmsil olunan şəxslər oyunu texniki zonadan izləyirlər. Şəkildə Gülağa Məmmədov, Yaşar Hüseynov, Rasim Abuşov, Cəmaləddin Əliyev, Mahir Əliyev, Təbriz Həsənov, “Qarabağ”ın o vaxtkı sponsoru, mərhum Siyavuş Fərzəliyev, prezidenti Adil Nadirov, Səttar Əliyev və İlham Məmmədov yer alıblar.