AFFA cəzaları açıqladı

AFFA cəzaları açıqladı backend

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İK Premyer Liqanın 29-cu turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

Azərbaycan Premyer Liqasının XXIX turunun “Xəzər Lənkəran” – “Neftçi” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 33-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun futbolçusu Alfred Sankoh ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Simurq” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XXIX turunun “Sumqayıt” – “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Diaspora