Sxadadzedən məğlubiyyət şərhi

Sxadadzedən məğlubiyyət şərhi backend

"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun yarımfinal mərhələsində "Neftçi"yə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanı şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, kubokun çempionat oyunlarından fərqləndiyini deyib:

"Səfərdə oynayan komanda üçün çox önəmlidir ki, ilk matçda qol vursun. Bizim bu cür imkanlarımız oldu, amma yararlana bilmədik. “Neftçi” şansından maksimum istifadə etdi, qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalı və mövsümü ən yaxşı şəkildə başa vurmalıyıq”.
Diaspora