Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko DÇ-2018-da Rusiyada keçirilməsinə qarşı çıxıb. Qol.az-ın xəbərinə görə, “Seqodnya” qəzetinə müsahibəsində o bildirib ki, onlar DÇ-2018-nin final mərhələsini boykot etmək qərarı verə bilərlər: “Biz dünya çempionatına getmək istəyirik. Amma yarışın Rusiyada keçirilməsinin əleyhinəyik”.
O qeyd edib ki, hazırda əsas məsələ dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır: “Artıq bundan sonra biz qəti qərar verəcəyik ki, yarışa gedək, ya yox. Bununla bağlı yekun qərarı federasiyamızın İcraiyyə Komitəsi çıxaracaq”.