"Real"ın futbolçusu Qaret Beylin "Atletiko"ya qarşı Çempionlar Liqasının 1/4 finalında keçiriləcək ilk oyunda iştirak edib-etməyəcəyi dəqiqləşib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, zədə səbəbindən "Eybar"la matçı buraxan uelsli yarımmüdafiəçi Madrid derbisində oynayacaq."Real"ın baş məşqçisi Karlo Ançelotti də məlumatı təsdiqləyib.
Qeyd edək ki, "Atletiko" - "Real" qarşılaşması sabah keçiriləcək.