PSJ-nin hücumçusu Edinson Kavaninin klubdakı gələcək karyerasına aydınlıq gəlib. Qol.Az-ın "Le Parisien" nəşrinə istinadən verdiyi məlumata görə, klubun prezidenti Nasser Əl-Xelaifi uruqvaylı futbolçunun komandada qalacağını açıqlayıb:
"Kavani bəyəndiyim futbolçulardan biridir. Komandada özünü xoşbəxt hiss edir və klubdan ayrılması üçün heç bir səbəb yoxdur. Yeni mövsümdə də o, bizimlə olacaq". Qeyd edək ki, 2013-cü ildə 64,5 milyon avroya "Napoli"dən transfer olunan Kavani PSJ-də keçirdiyi 42 oyunda 20 qol vurub.