Futbol komandasının üzvləri gəmi qəzasında həlak olub

Futbol komandasının üzvləri gəmi qəzasında həlak olub backend

Uqandanın Albert gölündə baş verən gəmi qəzasında 30-a yaxın insan həlak olub.

Bu barədə bazar ertəsi günü AFP agentliyi məlumat yayıb.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadən məlumat verir ki, hadisə bazar günü baş verib. Batan gəmidə yerli futbol komandasının üzvləri və azarkeşləri olub.

Yerli polis idarəsinin nümayəndəsinin məlumatına görə, qayıqdakılar şənliyin gedişində göyərtənin bir tərəfinə yığışıblar. Nəticədə bərk yirğalanmağa başlayan qayıq çevrilib və 30-a yaxın insan göldə boğularaq ölüb.
Diaspora