İspaniya La Liqasının son turunda keçirilən "Qefate" - "Vilyareal" matçında (1:1) xoşagəlməz hadisə yaşanıb.
Qol.Az-ın məlumatına görə, oyunun 75-ci dəqiqəsində topa zərbə endirmək istəyən qonaqların futbolçusu Mateo Musaççionun ayağı qırılıb. Argentinalı futbolçunun 5 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.