Nizami rayonunda üzgüçülük yarışı keçirilib

Nizami rayonunda üzgüçülük yarışı keçirilib backend

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və “Start” İdman-Sağlamlıq Kompleksinin birgə təşkilatçılığı ilə azyaşlılar arasında üzgüçülük yarışı keçirilib.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, bu gün ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yarışın əsas məqsədinin azyaşlılarda və yeniyetmələrdə idmana ola həvəsin artırılması olduğunu qeyd edən Ramil Vəlibəyov fürsətdən istifadə edərək idmançıları və tədbir iştirakçılarını ilk dəfə ölkəmizdə keçiriləcək I Avropa Oyunları münasibəti ilə təbrik edib: “Avropa oyunları müstəqillik tariximizin ən böyük hadisələrindən biridir. Xüsusilə qeyd edək ki, I Avropa Oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş idman infrastrukturlarından Gimnastika arenasının, eyni zamanda, Atletlər kəndinin və Media mərkəzinin rayonumuzun ərazisində yerləşməsi gənclərin üzərinə böyük məsuliyyət qoyur”.

YAP Nizami rayon təşkilatının "Start" ərazi ilk partiya təşkilatının sədri Kamal Mehdiyev vurğulayıb ki, dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün qarşılaşırıq. Dövlət idmançılara elə şərait yaradıb ki, onlar qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.
Bildirilib ki, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırıb. Çıxışlardan sonra yarışa start verilib. Yarışda 50-a yaxın idmançı 4 növ üzmə üzrə gücünü sınayıb. Güclü mübarizə şəraitində keçən yarışın sonunda qaliblərə diplomlar və medallar təqdim edilib.
Diaspora