“Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo suriyalı uşaqlara videomüraciət hazırlayıb.
“Save the Children” (Uşaqları qoruyaq) adlı beynəlxalq təşkilatının təşəbbüsü ilə edilən bu müraciətdə müraciətdə deyilir:“Mən bu müraciəti Suriyadan olan uşaqlara ünvanlayıram. Bilirəm ki, siz indi çox əzab çəkirsiniz. Mən məşhur futbolçuyam, siz isə əsl qəhrəmanlarsınız. Ümidinizi itirməyin. Dünya sizinlədir. Biz siz düşünürük. Mən sizinləyəm”.
“Save the Children” təşkilatı bəyan edib ki, Ronaldo Aleppo və Suriyanın digər şəhərlərindən olan uşaqlar üçün yaxşı maddi yardım edib. Bu yardımla uşaqlara geyim, ərzaq və tibbi ləvazimat alınacaq.