AFFA Klublar Komitəsinə (KK) sədr seçkisi keçirilib. "Report"un məlumatına görə, seçki KK-nın bugünkü iclası çərçivəsində baş tutub. Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klub rəsmisinin qatıldığı toplantıda Kamran Quliyev yeni sədr seçilib. "Sumqayıt"ın prezidenti komitəyə növbəti bir il müddətinə rəhbərlik edəcək.
K.Quliyev 8 səsdən 7-ni qazanıb. Bir nəfər isə "Qarabağ"ın direktoru Əmrah Çəlikələ səs verib. Çox güman ki, bu, elə yeni prezident olub.
Qeyd edək ki, KK-nın ilk prezidenti "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov olub. Bundan sonra AZAL-ın vitse-pezidenti Fikrət Hüseynov quruma rəhbər seçilib. Göründüyü kimi, Quliyev komitəyə başçılıq edəcək ilk klub prezidenti olub.