FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2016-cı ilin son siyahısında ciddi dəyişikliklər olmayıb. Çünki hesabat dövründə yığmaların iştirakı ilə az sayda matç keçirilib. Bunun nəticəsində cədvəldəki dəyişikliklər cüzi olub.
Ötən siyahının açıqlandığı vaxtdan sonra heç bir matça çıxmayan Azərbaycan millisi 386 xalla 90-cı yerdə qərarlaşıb. Robert Prosineçkinin yetirmələri bununla da mövqeyini qoruyub.Düzdü, üç pillə irəliləyən Zambiya Azərbaycanı arxada qoyub. Əvəzində 11 pillə geriləyən Antiqua və Barbudanın enişi yığmamızı mövqeyində saxlayıb. Beləliklə, komandamız 2016-cı ili ilk “yüzlük”də - 90-cı pillədə başa vurub.
Millimiz və “qonşular”ı
85 (86). Liviya – 417
86 (87). Ermənistan – 412
87 (88). Qətər - 411
88 (91). Zambiya - 401
89 (89). Keniya - 395
90 (90). Azərbaycan - 386
91 (91). Toqo – 385
92 (101). Ruanda - 373
93 (82). Antiqua və Barbuda – 370
94 (93). Finlandiya – 368
95 (95). Boliviya - 359
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Liderlərin xal hesabları da dəyişməz qalıb.
İlk “onluq”
1 (1). Argentina – 1634
2 (2). Braziliya – 1544
3 (3). Almaniya – 1433
4 (4). Çili – 1404
5 (5). Belçika – 1368
6 (6). Kolumbiya – 1345
7 (7). Fransa – 1305
8 (8). Portuqaliya – 1229
9 (9). Uruqvay – 1187
10 (10). İspaniya – 1166
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də yeri dəyişməz qalıb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1433
32 (32). Şimali İrlandiya - 767
43 (43). Çexiya - 671
83 (83). Norveç - 422
202 (201). San-Marino – 17
Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerdə qalıb. “Ay-ulduzlular”ın hesabında 851 xal var.