"Qarabağ" qış transferi pəncərəsində heyətinə hücumçu cəlb etmək istəyir.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 14-cü turunda "İnter"lə oyundan (0:0) sonra deyib:"Komanda qışda Antalyaya yollanacaq. Hücum xəttini gücləndirmək istəyirik. Nə qədər alınacaq, bilmirəm. Yerli futbolçu transferi çətindir. Çünki hamısının müqaviləsi var. Yəqin ki, legioner cəlb etməyə çalışacağıq".