Bakıda təşkil olunan UEFA İnkişaf turnirinin oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi by gün ikinci matçına çıxacaq.Yığmamız bu dəfə Gürcüstanla üz-üzə gələcək. İlk görüşdə Qazaxıstanı 4:0 hesabı ilə məğlub edən millimiz bu oyundan da qalib ayrılmağa çalışacaq. Matçın start fiti saat 16:00-da veriləcək.
Qeyd edək ki, digər oyunda Qazaxıstan və Yunanıstan yığmaları münasibətlərinə aydınlıq gətirəcək.