Türkiyənin Trabzon şəhərində yeni tikilmiş stadiona Şenol Günəşin adı veriləcək. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Trabzonspor” klubu ilkin olaraq “Akyazı stadionu” adlandırılan idman kompleksinin “Şenol Günəş İdman kompleksi” formasında rəsmi qeydiyyatdan keçməsinə qərar verib.
Qeyd edək ki, hazırda “Beşiktaş”ın baş məşqçisi olan Şenol Günəş uzun illər “Trabzonspor”un futbolçusu olub və bu komandanın çempion olduğu illərdə əsas qapıçı funksiyasını daşıyıb. Şenol Günəş həmçinin bu klubda bir neçə il baş məşqçi olub.
Stadionun dekabrın 18-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə açılacağı gözlənilir.