Bu gün Bakıda keçirilən UEFA-nın İnkişaf turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət komandaların iştirak edəcəyi yarışda mübarizə aparan 4 yığmanın iştirakı ilə ilk oyunlar baş tutub.
Yarışın açılış oyununda Gürcüstan və Yunanıstan üz-üzə gəlib. Qonşularımız 2 cavabsız qol vurub, hesabına 3 xal yaza biliblər.Azərbaycan millisi isə Qazaxıstanı sınağa çəkib. Yığmamız bu qarşılaşmada böyükhesablı qələbə qazanıb – 4:0.
Qeyd edək ki, turnirin 2-ci turunun oyunları sabah keçiriləcək.
11 aprel
Yunanıstan – Gürcüstan - 0:2
“Dalğa Arena”
Azərbaycan – Qazaxıstan - 4:0
Bayıl stadionu