"Valensiya"nın qapıçısı Dieqo Alves rekorda imza atıb.
Qaziler.az-ın apasport.az saytının məlumatına görə, braziliyalı qapıçı La Liqanın XV turunda "Real Sosyedad"la oyunda penaltini qaytararaq Primerada qapısına təyin olunmuş 43 "11 metrlik" zərbədən 20-cisində qola icazə verməyib.Bununla da o, özünə məxsus rekordu yeniləyib.
Qeyd edək ki, 31 yaşlı qapıçı hələ sentyabrda Andoni Subizarettaya məxsus 102 penaltidən 16-nı qaytarmaq rekordunu qırmışdı.