Maradona: “Van Qal şeytana bənzəyir“

Maradona: “Van Qal şeytana bənzəyir“ backend

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona "Mançester Yunayted"in baş məşqçisi Lui van Qal haqda sərt fikirlər səsləndirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, təcrübəli mütəxəssisə şeytana bənzədib: "Van Qal yaxşı insan deyil. O, şeytana bənzəyir".

D.Maradona van Qalın "MY"nın futbolçusu Radamel Falkaonu U-21 komandasına göndərməsi ilə bağlı qərarını da tənqid edib : "Falkao zədə problemləri ilə üzləşdi. Fransadan sonra İngiltərədə oynamaq onun üçün çətin idi. Buna görə də onun İngiltərə Premyer Liqasında uyğunlaşması üçün zamana ehtyiacı var".
Diaspora