“Tvente“nin yenə üç xalı silindi

“Tvente“nin yenə üç xalı silindi backend

Hollandiya Futbol Federasiyası ölkənin birinci liqa təmsilçisi “Tvente”ni ikinci dəfə cəzalandırıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qurum "Tvente"nin üç xalını silib. Bu addıma səbəb kimi komandanın üzləşdiyi maliyyə böhranı göstərilir.

Xatırladaq ki, ötən ay da "Tvente"nin ehtiyatından üç xal silinmişdi. Növbəti dəfə bu hal təkrarlanacağı təqdirdə, klub aşağı liqaya düşürülə bilər.

Son qərarın ardından xalı 37-dən 34-ü düşən “Tvente” hazırda turnir cədvəlində 11-ci pillədədir.
Diaspora