"Real"ın futbolçuları Kriştiano Ronaldo, Kərim Benzema, Luka Modriç İspaniya La Liqasının 15-ci turunda "Deportivo"ya qarşı oynamayacaq.
Qaziler.az bildirir ki, Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sözügedən oyunçular görüşün iştirak ərizəsinə daxil edilməyib. Komandanın baş məşqçisi Zinəddin Zidan Ronaldo, Benzema, Beylə klublararası dünya çempionatı öncəsi istirahət verməyə qərar verib.Qeyd edək ki, "Real" - "Deportivo" görüşü sabah keçiriləcək.