Futbol üzrə Polşa millisinin hücumçusu Robert Levandovski dekabrın sonunadək Münxenin "Bavariya” klubu ilə yeni müqavilə imzalayacaq.
Bunu "Kicker” nəşrinə müsahibəsində forvardın məsləhətçisi Mark Bartel açıqlayıb. Onun sözlərinə görə, sövdələşmə artıq yeni ilədək həllini tapmalıdır. Məlum olub ki, Levandovski yeni müqavilənin şərtlərinə görə, mövsümə 15 milyon avro alacaq.2014-cü ildə Almaniyanın ən titullu komandasına transfer olunan 28 yaşlı polşalı hücumçunun Münxen klubu ilə mövcud müqaviləsi 2019-cu ilədək nəzərdə tutulub.