“Borussiya“ klubu Çempionlar Liqasında rekord qırıb

“Borussiya“ klubu Çempionlar Liqasında rekord qırıb backend

Çempionlar Liqasının qrup mərhələsində yeni rekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Borussiya” (Dortmund) klubu yarışın tarixinə ən çox qol vuran komanda kimi düşüb.


Sonuncu turun 2:2 hesabı ilə başa çatan “Real”la oyununda 2 qol vuran Bundesliqa klubu qrupdakı göstəricini 21-ə çatdırıb. Bununla da turnirin 24 illik tarixində mütləq rekord rəsmiləşib.

Qeyd edək ki, bunadək rekord 3 komandaya məxsus idi. “Mançester Yunayted” 1998/99, “Barselona” 2011/12 və 2016/17, “Real” 2013/14 mövsümlərində 20 qol vurmuşdu.
Diaspora