Ronaldonun cəzası ləğv olundu

Ronaldonun cəzası ləğv olundu backend

İspaniya Futbol Federasiyası "Real"ın Kriştiano Ronaldonun cəzası ilə bağlı şikayətinə baxıb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, federasiya "Rayo Valyekano" ilə oyunda cəzalı duruma düşən portuqaliyalı futbolçunun sarı vərəqəsini ləğv edib.

Rəqibi ilə mübarizədə simulyasiyaya yol vermədiyi aşkarlanan Ronaldo sabah La Liqanın 31-ci turunda "Eybar"la keçiriləcək oyunda iştirak edəcək.

Qeyd edək ki, Ronaldodan fərqli olaraq Xames Rodriqez və Toni Kroos cəzalı duruma düşdükləri üçün "Eybar"la oyunda "Real"a kömək edə bilməyəcəklər.
Diaspora