İspaniya Futbol Federasiyası "Real"ın Kriştiano Ronaldonun cəzası ilə bağlı şikayətinə baxıb.
Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, federasiya "Rayo Valyekano" ilə oyunda cəzalı duruma düşən portuqaliyalı futbolçunun sarı vərəqəsini ləğv edib.Rəqibi ilə mübarizədə simulyasiyaya yol vermədiyi aşkarlanan Ronaldo sabah La Liqanın 31-ci turunda "Eybar"la keçiriləcək oyunda iştirak edəcək.
Qeyd edək ki, Ronaldodan fərqli olaraq Xames Rodriqez və Toni Kroos cəzalı duruma düşdükləri üçün "Eybar"la oyunda "Real"a kömək edə bilməyəcəklər.