İspaniyanın məşhur “Mundo Deportivo” qəzeti “Qızıl top” mükafatının qalibinin bəlli olduğunu yazıb.
Qaziler.az bildirir ki, Qol.az-ın məlumatına görə, xəbərdə qeyd edilib ki, “France Football” nəşrinin sorğusuna əsasən, Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştianu Ronaldo rəqiblərini qabaqlayıb.Qalibin mükafatlandırılma mərasimi dekabrın 12-də keçiriləcək. Ancaq Ronaldo artıq "Qızıl top"u qazanması haqda məlumatlandırılıb.
Qeyd edək ki, "Qızıl top"a namizədlər arasında Ronaldo ilə yanaşı Lionel Messi və Antuan Qrizmann da var.