"Real Madrid"in portuqaliyalı ulduzu Kriştianu Ronaldu vergidən yayınma məsələsində "ilişə bilər".
Qaziler.az goal.az-a istinadən xəbər verir ki, İspaniyanın Maliyyə Nazirliyi onun vergi hesabatlarını araşdıracaq. Nazir Xose Enrike Fernandes Moya araşdırma zamanı Ronalduya heç bir güzəşt olunmayacağını bildirib. Ötən gün portuqal hücumçunun vergidən yayınmaq üçün "ofşor" kompaniyadan istifadə etdiyi açıqlanmışdı. Belə ki, 2009-14-cü illərdə Ronaldunun Virginiya adalarında qeydiyyata alınmış "Tollin" şirkəti vasitəsilə 74.8 milyon avronu "yuyub" az bir hissəsini vergi orqanlarına ödədiyi məlum olub.