Heyətinin əksəriyyəti Kolumbiyada faciəli təyyarə qəzasında həlak olan “Chapecoense” Cənubi Amerika Kubokunun qalibi elan olunacaq.
Qaziler.az goal.az-a istinadən xəbər verir ki, klubun müvəqqəti prezidentiİvan TozzoCONMEBOL-un bu barədə qərar qəbul etdiyini açıqlayıb.“Onlar “Chapecoense”ni Cənubi Amerika Kubokunun qalibi elan edəcəklər. Bundan başqa, klub 2 milyon avro mükafat alacaq. Hər şey təsdiqlənib. Bilmirəm, kubokun təqdimatı keçiriləcək, ya yox”.
Qeyd edək ki, noyabrın 30-da Medelyin yaxınlığında baş vermiş qəzada 19 futbolçu həyatını itirmişdi. Qapıçı Danilo xilas edilsə də, sonradan xəstəxanada dünyasını dəyişmişdi.