Fransa Liqasının 16-cı turunda keçirilən "Metz" - "Lion" oyunu yarımçıq dayandırılıb.
Qaziler.az qol.az-a istinadən xəbər verir ki, buna səbəb azarkeşlərin meydançaya yad əşyalar atması olub.Görüşün 30-cu dəqiqəsində qonaqların zədələnən qapıçısı Antoni Lopezə tibbi yardım göstərilərkən yerli azarkeşlər həkimlər və qapıçıya tərəf partlayıcı maddə atıblar. Həkimlərdən biri və qapıçı xəsarət alıblar. Buna görə də hakim oyunu yarımçıq dayandırıb.
Qeyd edək ki, təxirə salınan oyunda meydan sahibləri 1:0 hesabı ilə öndə olublar.