İspaniya La Liqasının XIV turu çərçivəsində baş tutan "Barselona" - "Real" görüşü 1:1 hesablı bərabərliklə yekunlaşdı.
Qaziler.az xəbər verir ki, "El-Klasiko"dakı bərabərlik madridliləri sevindirsə də, meydan sahibləri bundan çox da razı qalmayıblar.Belə ki, matçdan sonrakı mətbuat konfransına Arda Turanla bərabər qatılan katalonların baş məşqçisi Luis Enrike məğlubiyyətdə türk futbolçunu ittiham edib.
"Oyunda üstün tərəf biz idik. Bizim üçün yaxşı nəticə olmadı. İki komanda arasında böyük fərq var idi. Qələbəni qaçıran tərəf biz olduq. Serxio Ramosun 90-cı dəqiqədəki qolundan əvvəl Arda Turan lazımsız qayda pozuntusu etdi. Buna gərək yox idi. Buraxılan bir qol bizə baha başa gəldi. Rəqibi qapımıza gətirməməliydik", - deyə ispan mütəxəssis bildirib.