"Xəzər Lənkəran"a qarşı Azərbaycan Premyer Liqasının 29-cu turunda dünən keçirilən matçdan (2:2) sonra zədələnən "Neftçi"nin kapitanı Flavinyonun zədəsi ciddidir.
"Neftçi"nin mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, braziliyalı yarımmüdafiəçinin nə qədər müddət oynamacağı tibbi müayinədən sonra bilinəcək. Bununla belə, ehtimal olunur ki, Flavinyo 10-14 gün yaşıl meydanlardan uzaq qalacaq.Qeyd edək ki, Flavinyo "Xəzər Lənkəran"a qarşı matçda sarı vərəqə limitini doldurub. Bu səbəbdən onun ölkə çempionatında "Qəbələ"yə qarşı matçı buraxacağı dəqiqdir.