Dünya reytinq sıralamasında 143-cü sırada Braziliya klubları arasında isə 8-ci pillədə yer alan Chapecoense futbol klubu ötən günlərdə böyük faciə yaşadı. 74 nəfərin həlak olduğu təyyarə qəzasında 6 nəfər sağ qaldı, onlardan 3-cü futbol klubun oyunçuları idi.
Lakin xilas olan bu şəxslər müxtəlif zərbələ aldı. 3 nəfərin futbol karierası sona yetdi. Daha sonra dünya futbol qrurumları tərəfindən ard-ardına təkliflər və yardımlar alan Chapecoense-yə bir sıra klublardan maddi dəstəklər gəlməyə başladı. Bəzi tanınmış futbol klubları oyunçu verməyi təklif etdi, dünyaca məhşur ulduz Kristiano Ronaldo sözü gedən kluba 3 milyon dollar yardım etdi. Dünyada futbol birliyinin, futbol həmrəyliyinin bu təcəssümü həm də idman həmrəyliyini və insanlığın çəçivəsini göstərdi. Ötən gün Azərbaycanın idman kanalında klub oyunçularının qəzadan 3 gün əvvəlki yarımfinal oyununu nümayiş olunurdu. Həmin oyunda qəlib gələn komanda oyunçularının geyinmə-soyunma otağındakı qışqırıq və sevincləri insanın ürəyini parçalayırdı. Bəli həmin bu təyyarə sonuncu dəfə qələbə qazanmış komanda oyunçularını finala aparan təyyarə idi. Komanda, onların tarixində böyük bir hadisə olan Copa Sudamericana final oyununa qatılmaq üçün Medellin-ə gedirdi.Final rəqibi olan, Kolumbiyanın Atletico Nacional komandası Chapecoense-ni qalib elan etmək üçün güzəştə getməyi təklif edib.
Tvit hesablarında komanda fanatlardan xahiş edib ki, ağ geyinərək oyunun təyin olunduğu vaxtda meydana gəlsinlər.
Birgə bəyanatda Braziliyanın birinci diviziya komandası Chapecoense komandasına pulsuz oyunçular təklif edib.
Bir neçə məşhur futbolçular, Barselona ulduzları, Lionel Messi və Neymar, Manchester United-dan Wayne Rooney da oyunçuların xatirəsini anıb.
Kolumbiya aviasiya rəsmiləri deyib ki, təyyarə göyərtəsində 21 nəfər jurnalist də olub və hər iki qara qutu tapılıb.
1973-cü ildə təsis olunan futbol komandası 2014-cü ildən etibarən Bariziliyanın A Seriyasında oynayırdı və indi Sao Paulo, Fluminense və Cruzeiro kimi məşhur komandalardan 9 pillə öndədir.
Klubun təsisçilərindən biri, Alvadir Pelisser, BBC-yə deyib ki, bu faicə "hər kəsin arzularına son qoydu". "Biz ailə idik, mən şokdayam."
Rüfət Soltan
Adalet.az