Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq backend

UEFA Çempionlar və Avropa liqalarının sonuncu qrup oyunları bir dəqiqəlik sükutla start götürəcək.

AZƏRTAC qitə futbol qurumunun mətbuat xidmətinə istinadla xəbər verir ki, altıncı turun bütün görüşlərində təyyarə qəzasında həlak olmuş Braziliyanın “Şapekoense” klubunun futbolçularının xatirəsi yad ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının matçları dekabrın 6-7-də, Avropa Liqasının qarşılaşmaları isə dekabrın 8-də oynanılacaq.
Diaspora