Fransa Futbol Federasiyasının İntizam Komitəsi PSJ-nin futbolçusu Zlatan İbrahimoviçə sərt cəza tətbiq edib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qurum isveçli hücumçunun dörd oyunluq cəzalandırıb. Buna İbrahimoviçin "Bordo"ya qarşı Fransa Liqasının 29-cu turunda hakimi təhqir etməsi səbəb olub.Bu isə o deməkdir ki, Z.İbrahimoviç "Nitsa", "Nant", "Lill" və "Metz"lə görüşləri buraxacaq.