Avropa Liqasının qrup mərhələsində bu gün V turun oyunları keçirilir.
Qaziler.az-ın məlumatına görə, Qol.az xəbər verir ki, “Qəbələ” “Bakcell Arena”da “Anderlext”i sınağa çəkib. Roman Qriqorçukun komandası 1:3 hesabı ilə uduzub. Bu, təmsilçimizin cari mövsüm qitə kuboklarındakı son ev oyunu olub.Qeyd edək ki, "Qəbələ" Avroliqada son görüşünü səfərdə "Maynts"a qarşı keçirəcək.
Avropa Liqası
V tur
24 noyabr
20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika) - 1:3
Qollar: Tielemans, 11 (0:1), Rikardinyo, 15 (1:1), Bruno, 90 (1:2), Teodorşuk, 90+4 (1:3)
Qırmızı vərəqə: Rəşad Eyibov, 89 ("Qəbələ", ikinci sarı vərəqə)
Reallaşdırılmayan penalti: Rikardinyo, 75 ("Qəbələ")
Baş hakim: Levgeni Aranovskyi
Köməkçi hakimlər: Sergey Bekker, Oleksandr Voytyuk
Əlavə köməkçi hakimlər: Anatoliy Abdula, Anatoliy Zabçenko
Dördüncü hakim: Syomen Şlonçak (hamısı Ukrayna)
Hakim-inspektor: İqor Satkii (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)
Bakı. "Bakcell Arena" stadionu
00:05. “Sent-Etyen” (Fransa) - “Maynts” (Almaniya)