"Birinci hissəyə yaxşı başlamışdıq. İstədiyimiz kimi hesabı öz xeyrimizə dəyişmişdik. Ancaq boş yerə deməyiblər ki, futbol 90 dəqiqədir. Bunu "Xəzər Lənkəran"ın futbolçuları bir daha sübut etdilər".
Bu sözləri Qol.Az-a "Neftçi"nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 29-cu turunda "Xəzər Lənkəran"la bərabərə qaldıqları matçdan (2:2) sonra deyib.O, üstünlüklərini sona kimi qoruyub saxlaya bilmədiklərini söyləyib:
"Baş məşqimiz Arif Əsədov fasilədə komandaya arxayınlaşmamağı tapşırmışdı. Ancaq heç kim buna məhəl qoymadı".