FİFA yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. "Report"un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Robert Prosineçkinin rəhbərlik etdiyi komanda 90-cı pillədə qərarlaşıb.
Millinin aktivində 386 xal var. Ötən ay 88-ci pillədə yer alan yığma 2 pillə geriləyib.Siyahıya 1634 xalla Argentina yığması başçılıq edir. Aktivində 1544 xal olan Braziliya bir pillə irəliləyərək ikinci yerə yüksəlib. 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni - C qrupunda çıxış edən Almaniya yığması isə bir pillə geriləyib. Aktivində 1433 xal olan yığma 3-cüdür.
Millinin digər rəqiblərindən Şimali İrlandiya 858 xalla 10 pillə irəliləyərək 23-cü, Çexiya 671 xalla 3 pillə geriləyərək 43-cü, Norveç 422 xalla 3 pillə geriləyərək 84-cü, San Marino yığması isə 17 xalla 1 pillə geriləyərək 202-ci yerdə qərarlaşıb.
Türkiyə yığması 851 xalla 1 pillə irəliləyərək 24-cü, Rusiya isə 592 xalla 2 pillə geriləyərək 55-ci olub.