"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 29-cu turunda hazırda davam edən AZAL-la oyunun ikinci hissəsində əvəzlənmək məcburiyyətində qalıb.
Qol.Az-ın məlumatına görə, buna təcrübəli futbolçunun qasıq nahiyyəsində ağrı hiss etməsi səbəb olub.Oyunu davam etdirə bilməyən Rəşadı 46-cı dəqiqədə İlqar Qurbanov əvəzləyib.
Qeyd edək ki, hazırda davam edən "Qarabağ" - AZAL matçında hesab 2:1 Ağdam təmsilçisinin xeyrinədir.