ABŞ millisi keçmiş qapıçıya tapşırıldı

ABŞ millisi keçmiş qapıçıya tapşırıldı backend

Almaniyalı mütəxəssis Yurgen Klinsmanla yolları ayıran futbol üzrə ABŞ milli komandasına yeni baş məşqçi təyin edilib.

BakiPost.az xəbər verir ki, bu barədə sözügedən ölkənin futbol federasiyasının rəsmi saytında məlumat yayılıb. Mənbədə bildirilir ki, yığma yerli çalışdırıcı Brüs Arenaya tapşırılıb. 65 yaşlı mütəxəssislə imzalanacaq müqavilənin detalları isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, ABŞ millisinin sabiq qapıçısı olan Arena 1998-2006-cı illərdə də yığmanı çalışdırıb.
Diaspora