Almaniyada kikboksinq üzrə çoxqat dünya çempionu Musa Musalaev qətlə yetirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tatarıstan vətəndaşı olan idmançını Almaniyanın Noy-Ulme şəhərindəki evində güllələyiblər. Şahidlərin sözlərinə görə, onu naməlum maskalı kişi öldürüb. O, hadisədən sonra sürücüsü olan maşınla uzaqlaşıb.
37 yaşı Musa Musalaev kikboksinq üzrə Prince Team komandasının kapitanı olub. Bundan əlavə, o, Tatarıstan prezidentinin idman və bədən tərbiyəsi məsələləri üzrə müşaviri vəzifəsini tutub. 2013-cü ildən Almaniyaya köçüb.