Rumıniyanın paytaxtı Buxarestdə keçirillmiş güləş üzrə Avropa Millətlər Kubokunun Rusiya - Gürcüstan qarşılaşmasında kütləvi dava baş verib.
İnsident yunan-Roma güləşçiləri arasında 80 kq çəki dərəcəsində İİl Şarafetdinovla Zubar Datunaşvili arasındakı qarşılaşmada yaşanıb. Görüş boyunca xalça üzərinə daim kənar əşyalar atılıb, sonluqda isə pəhləvanlar bir-birilərinə etirazlar bildiriblər. Bu, Datunaşvilinin rəqibin sifətinə zərbə endirməsi ilə nəticələnib.Beləliklə, toqquşma hər iki komanda nümayəndələrinin xalçaya çıxaraq, iştirak etdiyi kütləvi davayadək böyüyüb. Hakimlər insidentin səbəbkarlarını diskvalifikasiya ediblər.("Report")