Viktor Fernandeslə yollarını ayıran "Deportivo"nun yeni baş məşqçisi müəyyənləşib.
Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, komandanı bundan sonra Viktor Sançez del Amo çalışdıracaq.Bu, 39 yaşlı mütəxəssisin baş məşqçi kimi ilk sınağı olacaq. O, daha öncə "Qetafe", "Sevilya" və "Olimpiakos" klublarının sabiq baş məşqçisi Miçelin köməkçisi vəzifəsində işləyib.
Qeyd edək ki, Sançezdel Amo 1999-2006-cı illərdə "Deportivo"da oynayıb.